Nizami rayonunda avtoqəza baş verib. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında baş verib. Avtomobil yolunu keçən 34 yaşlı Müslim Hüseynov və 67 yaşlı Əsəd Ümidovu nəqliyyat vasitəsi vurub. Nəticədə piyadalar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.