Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Keşlə qəsəbəsində qeydə alınıb. 31 yaşlı Anar Quliyev dava zamanı bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona ürək nahiyəsindən bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.