Nizami rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, aprelin 1-də qarajların birindən 4650 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıb.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Anar İbrahimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.