Paytaxtın Nizami rayonunda azyaşlını avtomobil vurub. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
5 yaşlı Cahid Ələsgərli yolu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.