Paytaxtın Nizami rayonunda piyadanın iştirakı ilə yol qəzası olub. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
60 yaşlı Tutuxanım Aşırova yolu keçərkən onu avtomobil vurub. Qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.