Bakının Nizami rayonu, Qara Qarayev prospektində sərnişin avtobusu qəzaya uğrayıb. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Sərnişin avtobusu hərəkətdə olan zaman onunla eyni istiqamətdə olan “Toyota” markalı avtomobilə çarpılıb. Öz növbəsində “Toyota” “Hyundai” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə avtobusunun sürücüsü idarəetməni itirərək yolayrıcındakı beton səddə dəyib.
Avtobusda olan sərnişinlər təxliyə ediliblər. Faktla bağlı araşdırma aparılır.