Report-a istinadən noyabrın 16-da Nizami rayonunda naməlum şəxs Bakı şəhər sakini A.Həsənova məxsus “KİA” markalı avtomobili qaçırıb. Polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov saxlanılıb.
Məlum olub ki, Həsənov avtomobili qaçırdıqdan sonra idarəetməni itirib və yol kənarında dayanmış 2 avtomobilə çırpılıb. O, avtomobili orada qoyaraq hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma davam edir.