Paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində ölümlə nəticələnən avtoqəza baş verib. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini S.Qarayev idarə etdiyi “Toyota” markalı avtomobil ilə yolu keçən Qəbələ rayon sakini Qəzənfər Səlimovu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Araşdırmalar davam edir.