Bakıda avtomobil qadını vuraraq öldürüb. Bu haqda 5 may tarixində APA məlumat verib.
Nizami rayonunda mayın 4-də S.Sultanov idarə etdiyi “Saipa” markalı avtomobillə yolu keçən Svetlana Abramovanı vurub. Yaralı xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.