Paytaxtın Nizami rayonunda avtomobildən oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 29 oktyabr tarixində AZƏRTAC məlumat yayıb.
Şərur rayon sakini Ş.Cəfərov nəqliyyat vasitəsindən 2200 manat pul oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl, 25 oktyabr tarixində 8 avtomobildən oğurluq edən şəxs saxlanılmışdır.