Bakının Nizami rayonunda yerləşən binada yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 25 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilin mətbəxində 1 qaz sobası və mebel yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Mənzilin digər hissələri yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.