Bu gün, 24 yanvar saat 10:30 radələrində Nizami rayonu ərazisində qətl hadisəsi baş verib. Bu haqda Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə küçələrin birində baş verib. 33 yaşlı Nurlan Məmmədov bıçaqlanaraq öldürülüb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı Əhməd Hüseynov könüllü polisə gələrək cinayət hadisəsini törətdiyini bildirib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi deyilir.
Faktla bağlı araşdırma başlanıb.