Paytaxtın Nizami rayonunda avtomobil 23 yaşlı gənci vurub. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Qəza nəticəsində xəsarət alan Nicat Mikayılov dərhal xəstəxanaya aparılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.