Bakıda gözətçi otağı yanıb. Bu haqda 18 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Nizami rayonunda martın 18-i səhər saatlarında ümumi sahəsi 5 kv.m olan gözətçi otağı yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.