Paytaxtın Nizami rayonu, B.Nuriyev küçəsində ofisdən oğurluqda və avtomobil qaçırmaqda şübhəli bilinən şəxs tutulub. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Neftçala rayon sakini F.Qəniyev ofisdən 300 manat pul, 600 manat dəyərində kamera yaddaş blokunu oğurlayıb, eləcə də obyektin önündə dayanan “Daewoo” markalı nəqliyyat vasitəsini qaçırıb.
Onun barəsində araşdırma davam edir.