Bakının Nizami rayonunda iyunun 3-də gecə saatlarında paytaxt sakini quldurluğa məruz qalıb. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Vətəndaşın iki nəfər tərəfindən döyülərək 120 manatının talanması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən paytaxt sakinləri Yavər Cavadov və Vahid Verdizadə müəyyən olunaraq saxlanılıblar. Fakt araşdırılır.