Bakının Nizami rayonunda kişi hündürlükdən yıxılıb. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Martın 19-da 62 yaşlı Mixail Petko təxminən 2 metr hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb. Yaralı martın 21-də xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, kişi bu gecə dünyasını dəyişib.