Paytaxtın Nizami rayonunda kombi oğurlamaq istəyən şəxs axtarışa verilib. Bu haqda bu gün, 24 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Naməlum şəxs yaşayış evlərinin birindən kombi oğurlamağa cəhd edən zaman təhlükəsizlik kameralarının olduğunu görüb və hadisə yerindən uzaqlaşıb.
Hazırda həmin şəxsin axtarışı davam edir.