Paytaxtın Nizami rayonunda kuryer adı altında evlərə girib, oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakini Azad Məmmədov xaricdən sovqat gətirdiyini bildirərək ev sahibindən müvafiq sənədi istəyib, tək qaldıqda isə evə daxil olaraq dəyərli əşyalar və pul götürüb.
O, iki evə ümumilikdə 5000 manata yaxın ziyan vurub.
Şübhəli şəxs törətdiyi əməlləri etiraf edib. Araşdırmalar davam edir.
[caption id="attachment_34462" align="alignnone" width="800"]
Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı[/caption]