Bakıda avtomobil piyadanı vuraraq digər maşınlarla toqquşub. Bu haqda 1 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Nizami rayonunda fevralın 28-də paytaxt sakini H.Rəsulov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Türkan Bəşirovanı vurub. Yaralı aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Piyadanı vurduqdan sonra nəqliyyat vasitəsi yolun əks istiqamətinə çıxaraq “Hyundai”, “Ford Transit” və “KİA” markalı avtomobillərlə toqquşub.
Faktla bağlı araşdırma davam edir.