Bakının Nizami rayonunda avtomobil ana ilə uşağını vurub. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə dekabrın 11-də, saat 10:30 radələrində baş verib. “Opel Vectra” markalı avtomobili idarə edən 69 yaşlı Qəmnalı İbrahimov ehtiyatsızlıqdan yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkətdə olan piyadalar – 33 yaşlı Ayişə Aşırova və onun qızı, 8 yaşlı Aysu Yaqubəliyevanı vurub.
Hər iki yaralı “Yeni Klinika”ya çatdırılsa da, Ayişə Aşırova aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.