Bakının Nizami rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 2 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Rayon ərazisindəki mağazaların birindən içərisində 2000 manat və mobil telefon olan pulqabı oğurlanıb.
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməldə şübhəli bilinən paytaxt sakinləri, keçmiş məhkumlar A.Dolya və E.Xudiyev saxlanılıblar. Fakt araşdırılır.