Nizami rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Mercedes” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman eyni istiqamətə qəfil daxil olan “Nissan” markalı avtomobillə toqquşub. Birinci daha sonra yol kənarındakı işıq dirəyinə çarpılıb. Nəticədə 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.