Bakının Nizami rayonu, Ziya Bünyadov prospektində motosikletçi qəzaya uğrayıb. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
Hadisə “Koroğlu” metro stansiyası yaxınlığında yerləşən körpüdə qeydə alınıb. 35 yaşlı Masallı rayon sakini Azər Sadıqov "Yamaha" markalı motosikletlə hərəkətdə olan zaman bordürə çarpılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.