Bakının Nizami rayonunda motosiklet qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, fevralın 18-də rayon ərazisində “Tufan” markalı motosiklet qaçırılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Tariyel Məmmədov motosikletlə birgə saxlanılıb. Onun üzərindən heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.