Bakıda Yevlax sakinində narkotik aşkar olunub. Bu haqda 11 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Nizami rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yevlax rayon sakini A.İbrahimli saxlanılıb. Onun üzərində 511 qrama yaxın marixuana, 50 qramdan artıq metamfetamin və 54 qrama yaxın heroin aşkar edilib.
Faktla bağlı araşdırma davam edir.