Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb. Bu haqda 7 aprel tarixində Report məlumat verib.
Nizami rayonunda polis əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Tural Kərimov saxlanılıb. Onun üzərində 500 qrama yaxın heroin, psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar olunub.
O, ifadəsində narkotikləri əsasən onlayn yolla satdığını bildirib. Məhkəmənin qərarı ilə Tural Kərimov barəsində həbs qətimkan tədbiri seçilib.