Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az Daxili İşlər Nazilriyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, mayın 23-də vətəndaşların birinin bank kartından 914 manat oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Turan Namazlı saxlanılıb.
Hazırda araşdırma aparılır.