Paytaxtın Nizami rayonunda qəlyan oğrusu tutulub. Bu haqda bu gün, 21 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakini R.Xıdırov rayondakı evlərin birindən 1200 manat pul və qəlyan aparatı oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.