Nizami rayonunda qadın qaçırılaraq döyülüb. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Mayın 15-də bir qadın zorla “VAZ-21011” markalı avtomobilə mindirilərək aparılıb. Polis əməkdaşlarının keçirdikləri araşdırma nəticəsində zərərçəkmişin şəxsiyyəti müəyyən edilib. Qadının əri və oğlu tərəfindən döyülərək xəsarət aldığı məlum olub.
Keçirilmiş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Hazırda araşdırmalar davam edir.