Bakının Nizami rayonunda qarajda yanğın baş verib. Bu haqda bu gün, 26 fevral səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Ümumi sahəsi 18 m² olan dəmir konstruksiyalı qarajın taxtadan ibarət üzlüyü yanıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub, alov söndürülüb. Yanğın zamanı bitişik tikililərə ziyan dəyməyib.
Yanğında xəsarət alan olmayıb.