Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsinə verilən məlumata əsasən, bir nəfərin mobil telefonu talanıb.
Nizami RPİ-nin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 34 yaşlı T.Mürsəlov və Biləsuvar rayon sakini, 24 yaşlı A.Abdalov saxlanılıblar.
Faktla bağlı araşdıma aparılır.