Bu gün, 4 fevral saat 17:00 radələrində Nizami rayonunda iki avtomobil toqquşub. Xəsarət alanlar var. Bu haqda bu gün, 4 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
“Range Rover” və “Opel” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “Opel” markalı avtomobilin sərnişini olan polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.