Bakının Nizami rayonunda avtoqəza nəticəsində avtobus sərnişini xəsarət alıb. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sərnişin avtobusunun digər avtomobillə toqquşması nəticəsində sərnişin, 55 yaşlı Şəfa Alxasova xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.