Nizami rayonunda açıq ərazi yanır. Bu haqda bu gün, 7 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Mikayıl Əliyev küçəsində baş verib. Ərazidə təkər tullantıları alışıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri aparılır.
[video width="384" height="720" mp4="https://bakuplus.az/storage/photos/2023/07/img_1662.mp4"][/video]