Paytaxtın Nizami rayonunda birmərtəbəli yaşayış evi yanıb. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 80 kv.m olan tikili 70 kv.m sahədə alışıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.