Paytaxtın Nizami rayonunda yanğın baş verib. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 90 kv.m olan vaqon tipli tikili 30 kv.m sahədə alışıb. Ətrafdakı infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.