Paytaxtın Nizami rayonunda ikimərtəbəli yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli ev 1 kv.m sahədə alışıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib. İçəridən bir nəfərin yanmış meyiti aşkar edilib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.