Paytaxtın Nizami rayonunda fəhlə kimi işləyən şəxs ölüb. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Adıçəkilən rayonda yerləşən yataqxanada yaşayan 37 yaşlı Elnur Sadıqov müəmmalı şəkildə dünyasını dəyişib. O, paytaxtdakı bazarların birində fəhlə işləyib.
Faktla bağlı araşdırmaya başlanılıb.