Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində yolu keçən 16 yaşlı R.N-i avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağının sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.