Bakının Nizami rayonunda iki avtomobil toqquşub. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az BakuTV-yə istinadən xəbər verir.
Hadisə metronun "Neftçilər" stansiyası yaxınlığında qeydə alınıb. “BMW” markalı nəqliyyat vasitəsi "Toyota Prius"la toqquşub. Qəza zamanı xəsarət alan olmayıb. Avtomobillərə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.