Nizami rayonunda narkotik alverçiləri tutulublar. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Bakı şəhər sakinləri – 35 yaşlı Fizuli Qafarov və 34 yaşlı Rəşad Ağamalıyev saxlanılıblar. Sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilən zaman orada 2 kiloqramdan artıq heroin aşkar edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.