Nizami rayonunda azyaşlı körpəni avtomobil vurub. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
2 yaşlı M.N. və onun bibisi avtomobil yolunu keçən zaman onları nəqliyyat vasitəsi vurub. Nəticədə piyadalar müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.