Nizami rayonunda dava bıçaqlanma ilə nəticələnib. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında baş verib. 34 yaşlı Mirhakim Həsənov dava edən zaman 2 bıçaq zərbəsi alıb. O, yaralı vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.