Bakının Nizami rayonunda yaşayış binası yanıb. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma doqquzmərtəbəli binanın 3-cü mərtəbəsində baş verib. Ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzildə televizor, televizor stendi, plastikdən ibarət pəncərə çərçivəsi və pərdə yanıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.