Bakının Nizami rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, P.Fərzəliyev küçəsində yerləşən marketlərin birindən 750 manat dəyərində tütün məmulatları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən R.Rzayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.