Nizami rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 600 kv.m olan mebel istehsalı sexində qeydə alınıb. Nəticədə içəridə olan taxta yonqarı, mebel və boya tullantıları 40 kv.m sahədə yanıb. Sexin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.