Nizami rayonunda narkotacir saxlanılıb. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Səbbaqi tutulub. Onda 2 kiloqramdan artıq marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.