Nizami rayonunda ticarət mərkəzindən oğurluq edilib. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bir nəfər qadın adıçəkilən rayon ərazisində yerləşən ticarət mərkəzində piştaxtadan 1430 AZN dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.