Nizami rayonunda qadının çantasını oğurlayan şəxsin digər cinayətləri də ortaya çıxıb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Rahil Kazımovun müxətlif vaxtlarda daha bir qadının çantasından 700 AZN, bir nəfərin isə içərisində sənəd və bank kartları olan pulqabısını oğurladığı məlum olub.
Daha öncə sözügedən şəxs qadının çantasını oğurlamaqda şübhəli bilinərək saxlanılmışdı.
Araşdırmalar davam edir.